!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir "şortik" qalmaqalı - Vətəndaş bu geyimə görə notariusa buraxılmadı - VİDEO

!Reklam – Yazi

11:03

Bakı şəhər sakini Azər Kərimov “şortik” geyindiyinə görə notariat kontoruna buraxılmadığını deyir.

Yenicag.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən A. Kərimov adıçəkilən problemlə Nəsimi rayonu 54 saylı notariat kontorunda qarşılaşdığını bildirib. O qeyd edib ki, hadisə 10 gün qabaq baş verib: “İdarəyə etibarnamə almaq üçün getmişdim. Əynimdə də “şortik” var idi. Bu zaman notariusun köməkçisi yaxınlaşıb dedi ki, bu geyimdə məni içəri buraxa bilməz.

Ona belə bir qadağanın olmadığını izah etsəm də, yenə də polisə göstəriş verdi ki, məni içəri buraxmasınlar. ASAN Xidmətə də “şortik”də getmişəm. Heç nə deyən olmayıb. Məcburən yoldaşım ora yaxınlaşdı. Ancaq sənədlər mənimlə bağlı olduğuna görə məsələmiz həll edilmədi. Mən tələsik həll etməli olduğum məsələyə görə əlavə vaxt itirdim və başqa notarius xidmətinə müraciət etməli oldum”.

Vətəndaşın qarşılaşdığı problemlə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu günlərdə sözügedən notariat kontorunda belə bir hadisə baş verməyib.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bloger Fərid Pərdəşünasın şortik geyindiyinə görə imtahana buraxılmamasına haqq qazandırmış, qadınların qısa paltar, şort geyinməsinin normal, kişilərin isə elə geyimini qeyri-etik adlandırmışdı.

www.yenicag.az

3416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv