Reklam

Reklam

images_3_1431679148sdBir müddətdir nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanan Yasamal rayonu Müzəffər Həsənov küçəsinin Moskva prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinə qədər olan 300 metrlik hissəsi sabahdan sürücülərin ixtiyarına veriləcək.

Bunu  “Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib. Bildirib ki, sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınıb, yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə 6500 kvadrat metrlik hissədə yeni asfalt örtüyü salınıb, yol boyu səki daşları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib: “Bundan öncə işlər Müzəffər Həsənov küçəsinin Şərifzadə küçəsinin kəsişməsindən Dadaş Bünyatzadə küçəsinin kəsişməsinədək olan 350 metrlik hissəsində aparılıb. Sözügedən ərazidə də Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən anoloji işlər görülüb. Burada təqribən 4500 kvadrat metrlik əraziyə yeni asfalt-beton örtüyü döşənib. Müzəffər Həsənov küçəsinin hər iki hissəsində ümumilikdə 1 min paqon-metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin 11 baxış qapağı dəyişdirilib”.

A.Nəcəfli onu da vurğulayıb ki, anoloji işlərin küçənin Dadaş Bünyadzadə küçəsi ilə kəsişməsindən “Şamaxinka” ərazisinə qədər olan hissəsində də aparılması nəzərdə tutulub. Bu məqsədlə sözügedən ərazi nəqliyyat vasitələrinin hərəkəti üçün sabahdan etibarən bağlanacaq. Təmir-tikinti işlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır(aznews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 63
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."