Daha bir yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə

media-hightechnic-468x90

“M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində  aparılacaq təmir işləri ilə əlaqədar olaraq,  1 avqust  tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq”.

Bu barədə Yenicag.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

“Sürücülərdən sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – məlumatda qeyd olunub.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa