Daha etibarli QORUNMA STRATEGİYASI: Pulumuzu dollarla SAXLAYAQ, YOXSA?

media-hightechnic-468x90

“Dolların qlobal bazarlarda zəifləməsi Azərbaycanda da əmanətlərin hansı valyutada saxlanılması mövzusunu aktuallaşdırıb”.

Bunu Yeniçag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, ekspert Akif Nəsirli deyib.

media-akif-nesirli-1

Ekspert dolların qlobal bazarlarda mövqeyini itirməsi fonunda gündəmdə olan “pulumuzu manat, yoxsa dollarla saxlayaq” sualına aydınlıq gətirib:

“Bu sualın cavabı birbaşa hər kəsin gəlir mənbəyindən, xərclərinin hansı valyutada olmasından və riskə münasibətindən asılıdır. Gəlir və gündəlik xərclər əsasən manatladırsa, vəsaitin bir hissəsini manatla saxlamaq daha məntiqli görünür, çünki valyuta dəyişimi riski azalır. Digər tərəfdən, dollar hələ də beynəlxalq ticarətdə və ehtiyat valyuta kimi əhəmiyyətini tam itirməyib və uzunmüddətli yığımlar üçün müəyyən qoruyucu rol oynaya bilər”.

İqtisadçı Azərbaycanda manatın məzənnəsinin Mərkəzi Bank tərəfindən idarə olunduğu üçün qısa müddətdə kəskin dəyişiklik riskinin nisbətən aşağı olduğunu vurğulayıb:

“Amma bu, valyuta riskinin tam olmadığı demək deyil. Buna görə də bütün vəsaiti tək bir valyutada saxlamaqdansa, manat və dollar arasında bölüşdürmək daha yaxşıdır. Belə olduqda həm daxili xərclərə uyğunluq qorunur, həm də xarici valyuta risklərinə qarşı müəyyən ehtiyat yaranır.

Uzunmüddətli perspektiv üçün saxlanan vəsaiti dollar, avro, funt-sterlinq kimi valyutalarda saxlamaq daha etibarlı qorunma strategiyasıdır. Hətta bir hissəni külçə qızılda da saxlamaq məsləhətdir”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05