“Daha yaxşı qatarlar gətiriləcək” – Nəsimi Paşayev

media-hightechnic-468x90

6a4924984c9da98fd2fbf742cd617496Nəsimi Paşayev: “Gələcəkdə, istismar müddətini başa vuran qatarlar xətdən çıxarılacaq və onların yerinə yeniləri gətiriləcək”

Son zamanlar metroparkda qatarların yeniləri ilə əvəzlənməsi prosesi gedir. Artıq bir necə qatar gətirilərək, reysə buraxılıb. Amma bununla belə, hələ də sərnişin daşınmasında əsasən köhnə qatarlardan istifadə olunur.nesimi

Görəsən, yeni qatarların sayı çoxaldılacaqmı? Ümumiyətlə nə qədər vəsait lazımdır ki, bütün köhnə qatarlar yenilərilə əvəz olunsun?

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Yenicag.az-a açıqlamasında gələcəkdə, hazırda olan qatarların istismar müddəti bitdikcə,  yeni qatarların alınması məsələsinə baxılacağını dedi: “Yeni qatarlar gətirilməmişdən öncə vaqon parkımızda 266 vaqonumuz olub. Bütün xətlər boyu istismar müdətini başa vuran hər hansı qatar və vaqonumuz yoxdur. Gələcəkdə, istismar müddətini başa vuran qatarlar xətdən çıxarılacaq və onların da yerinə yeniləri, özü də daha yaxşıları gətiriləcək. Hazırda hər biri 5 vaqondan ibarət 3 yeni qatar xəttə buraxılıb”.

Bütün köhnə qatarların yeniləri ilə əvəzlənməsi üçün nə qədər vəsait lazım olduğu sualına isə həmsöhbətimiz maliyyə məsələlərinin ona aid olmadığı cavabını verdi.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600