DAK Arif Hacılını qonaq çağırıb, söz verməyib? – Rəsmi açıqlama
Dünya Azərbaycanlıları Konqresinin İstanbulda keçirilən XIII qurultayında Müsavat başqanı Arif Hacılıya söz verilməməsi ilə bağlı mətbuatda yayılmış yanlış və əsassız xəbərə cavab olaraq bildiririk ki, ötürülən məlumat gerçəklikdən uzaqdır.
DAK – ın qurultay öncəsi hazırlığında adı ilk dəvət olunanlar siyahısında olan Müsavat başqanı Arif Hacılının qurultayda çıxış etməməsi texniki səbəb üzündən baş vermişdir. Belə ki, protokol üzrə söz növbəsi çatan zaman Arif Hacılı təsadüfən konfrans zalında olmamışdir və eyni zamanda sonradan çıxış etmək üçün əlavə istəklə də müraciət etməmişdir.
Qurultayda siyasi müxalifətin aparıcı simalarından İsa Qəmbərin, Pənah Hüseynin və digərlərinin iştirakı və çıxışları, fıkirlərini heç bir maneçilik olmadan rahat və əhatəli ifadə etmələri bu xəbərin yanlış və məntiqsiz olduğuna əyani bir misaldır.