Dardanel boğazı gəmilərin hərəkətinə bağlandı

media-hightechnic-468x90

Dardanel boğazı tranzit gəmilərə bağlanıb.

Yenicag.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səhər saatlarına doğru duman dənizdə görmə məsafəsinin azalmasına səbəb olub.

Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyi şimal və cənubdan daxil olan gəmilərin kapitanlarına radio ilə xəbərdarlıq edildiyini və boğazın iki istiqamətli tranzit gəmilərə bağlandığını açıqlayıb.

Duman çəkildikdən sonra gəmilərin hərəkətinin normallaşacağı bildirilib. Duman səbəbindən Lapseki ilə Gelibolu arasında da bərə səfərləri müvəqqəti olaraq dayandırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600