Gözəllik salonlarında "XƏRÇƏNG" TƏHLÜKƏSİ: "O boyalar dərhal yığışdırılmalıdır"

media-hightechnic-468x90

Dırnaq boyaları və son illər populyarlaşan gel-lakların tərkibindəki bəzi maddələrin xərçəngə yol açdığı iddia edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu təhlükəni təsdiqləyərsə, sözügedən kosmetik vasitələrin dünyada istehsalı və satışı tamamilə dayandırıla bilər.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən tanınmış professor Adil Qeybulla bildirib ki, insan sağlamlığı üçün təhlükə yaradan hər bir vasitə mütləq şəkildə bazardan yığışdırılmalıdır.

media-images-24

Professorun sözlərinə görə, tibb və biologiyada təhlükəsizlik qaydaları çox sərtdir:

“Hər hansı bir ərzaq məhsulu, dərman preparatı və ya kosmetik vasitə müəyyən dövr ərzində orqanizmə uzaqmənzilli mənfi təsir göstərirsə, ÜST dərhal konkret göstəriş verir. Məsələn, vaxtilə zərərli olduğu sübut edilən bəzi ağrıkəsicilər və ‘libelli’ kimi dərmanlar dərhal istehsaldan çıxarılıb və zərərsizləşdirilib. Əgər dırnaq boyaları və gel-lakların da kanserogen təsiri sübut olunubsa, mexanizm eyni cür işləməlidir”.

Adil Qeybulla qeyd edib ki, bu, geniş yayılan estetik sahə olsa da, sağlamlıq hər şeydən üstündür:

“Bu gün dünyada estetik kosmetika çox geniş yayılıb. Lakin əgər bu boyalar xərçəng riski daşıyırsa, istehsal dayandırılmalı və o məhsullar qadağan edilməlidir. Problem yalnız bununla həll oluna bilər. Satışda və anbarda nə qədər belə boya varsa, hamısı yığışdırılmalı, zərərsizləri ilə əvəz olunmalıdır. Hesab edirəm ki, bu, olduqca ciddi bir məsələdir. İstehsaldan istehlaka qədər bütün mərhələlərə yenidən baxılmalıdır”.

Sona Əliyeva

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa