Beyləqanda qadını boğaraq öldürən şəxsə hökm oxunub
Beyləqanda qonşusunu qətlə yetirməkdətəqsirləndirilən Amil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yenicag.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Amil Ağayev 19 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Beyləqan rayonunda baş verib. Amil Ağayev gecə saatlarında qonşusu Bəsti Həsənovanın evinə girərək onu boğaraq qətlə yetirib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb./apa












