Cənubi Afrika Respublikası (CAR) millisinin qapıçısı Darren Kit karyerasını Azərbaycanda davam etdirə bilər.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli qolkiper “Qarabağ”ın diqqət mərkəzindədir. “Bidvest Vits” klubunda çıxış edən qapıçının 2 ay öncə Ağdam təmsilçisinin maraq dairəsinə düşdüyü iddia olunur.
Mövsümün sonunda hazırkı komandası ilə müqaviləsi başa çatacaq Kit orada qalmaq istəmir. Onun mayın 11-də CAR Premyer Liqasının sonuncu turunun “Qolden Errouz”la səfər matçından sonra “Bidvest Vits”i tərk edəcəyi gözlənilir. Təcrübəli qolkiperlə yerli “Kayzer Çifs” klubunun da maraqlandığı bildirilir.
Qeyd edək ki, 2013-cü ildən CAR yığmasına çağırılan D. Kit burada 8 oyun keçirib.
www.yenicag.az