Bakıda güclü külək zamanı daş hasar gənc oğlanın üzərinə aşıb.
Yenicag.az “Report”-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, Biləcəri qəsəbəsində 1992-ci il təvəllüdlü Əliyev Əhməd Fərman oğlu yol kənarı ilə hərəkət edən zaman güclü küləyə tab gətirməyən daş hasar uçub. Nəticədə daşlar Ə.Əliyevin üzərinə düşüb. O, xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlər Ə. Əliyevin vəziyyətini orta-ağır kimi qiymətləndirir.
www.yenicag.az