!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxınlarımızın narkotik vasitələrdən istifadə etdiyini necə anlaya bilərik? - NEVROLOQ AÇIQLAYIR

!Reklam – Yazi

Son zamanların ən ciddi problemlərindən biri olan narkotik və psixotrop maddələrdən istifadə daha çox yeniyetmə gənclər arasında yayğın xarakter alıb.

Məsələnin daha acınacaqlı tərəfi ondadır ki, bəzən ailələr, valideyinlər övladlarının narkotik vasitələr və psixotrop maddələrdən istifadə etdiyini müəyyən edə bilmir.

Nevroloq Vüqar Kərimov Yenicag.az-da ailələrin  hansı halllarda həyacan təbili çalmalı olduqlarını açıqlayıb.

Nevroloq hər bir narkotik vasitənin öz təsirləri olduğunu və ailələrin bəlli simptomları müşahidə etdikdə hərəkətə keçmələrinin lazım olduğunun vacibliyini vurğulayıb:

“Təəssüf hissi ilə qeyd etməliyəm ki, yeniyetmələr, o cümlədən qız uşaqları arasında narkotik və psixotrop maddə istifadəsi son zamanlarda geniş vüsət almaqdadır. Bunu bilməlisiniz ki, narkotik vasitələr, əsasən, iki hissəyə bölünür: Sedativ və stimulativ. Yəni narkoman dedikdə sadəcə “damara iynə vurub yatan” insanları təsəvvür etmək bir çoxunun xəbəri belə olmadan əzizlərinin göz görə-görə özlərini məhv etməsinin qarşısının alınmamasına gətirib çıxara bilər.

Misal olaraq, Amfetamin, metamfetamin, kokain kimi maddələr stimulativ qrupa aiddirlər. Əgər yaxınlarınız günlərlə yatmır, demək olar ki, yemək yemirsə, artıq həyəcan təbili çalmaq üçün səbəbiniz var deməkdir.

Sedativ narkotiklərdən ən çox bilinəni isə, marixuana, eroin və morfinin bütün digər halları daxildir. Əgər yaxınlarınız son zamanlarda həddən artıq çox şirniyyat yeyirsə, gözlərdə isə qızartı görürsünüzsə, bu da marixuana istifadəsinin ən yayğın nəticələrindən biridir.

Eroin və bənzərlərinin istifadəsi isə düşünülənin əksinə tək “iynə” vasitəsi ilə olmur. Bu səbəbdən, sadəcə “iynə yerlərinin” olmaması, eroin istifadəçisi olmadığı anlamını, təəssüf ki, artıq vermir. Belə ki, artıq bu maddə yandırılaraq tüstüsünün udulması vasitəsi ilə də yayğın olaraq istifadə edilməkdədir. Eroin istifadəsinin simptomları isə maddə əldə edilə bilməyən zaman xəstədə baş verən səbəbsiz ağrılardır. Yəni yaxınınız gecənin bir anında ağrıyır və bu ağrı bel, mədə nahiyələrindədirsə, ancaq heç bir xəstəliyi və bilinən problem yoxdursa, yenə də həyəcan təbili çalmaq lazımdır. Diqqətli olun, siz də, yaxınlarınız da sağlam olsun”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

881
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv