!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Davam” Gənclər Hərəkatı və Heydər Əliyev Sarayı təcrübə proqramı elan edir

!Reklam – Yazi

“Davam” Gənclər Hərəkatı və Heydər Əliyev Sarayı arasında əməkdaşlıq haqqında memorandum imzalanmasının ardından artıq bu istiqamətdə əməli addımların atılmasına başlanılıb.

Yenicag.az xəbər verir ki, “Davam” Gənclər Hərəkatı və Heydər Əliyev Sarayının birgə əməkdaşlığı nəticəsində təcrübə proqramına start verilib. Proqramın əsas məqsədi müəyyən edilmiş sahələr üzrə təcrübəli kadrlar yetişdirmək və həmin kadrların işlə təmin olunmasına yardımçı olmaqdır.

Proqram 12 aprel 2021-ci il tarixindən başlayaraq 3 aylıq dövrü əhatə edəcək və tam ödənişsiz şəkildə baş tutacaq. Proqramı uğurla başa vurmuş hər bir təcrübəçiyə sertifikat veriləcək.

Bu proqram gənclərə bacarıqlarını təkmilləşdirmək, asudə vaxtlarını səmərəli təşkil etmək, təcrübə qazanmaq, işlə təmin olunmaq kimi imkanlar yaradır.

Təcrübə proqramı menecer, prodüser, montajçı, operator, işıq üzrə rəssam, dizayner, səs rejissoru, videoqraf, tərcüməçi, ingilis dili müəllimi, kompüter operatoru, referent, rabitə üzrə mühəndis istiqamətləri üzrə elan edilir.

Təcrübə müddəti başa çatdıqdan sonra yüksək nəticələr ilə işinin öhdəsindən gələn təcrübəçilərə təcrübə və ixtisasına uyğun olaraq Heydər Əliyev Sarayında daimi iş yeri təklif oluna bilər.

Proqrama qəbul prosesi 2 mərhələdən ibarətdir. Birinci mərhələdə CV-lərə əsasən seçilən namizədlər ikinci mərhələdə “Davam” Gənclər Hərəkatı və Heydər Əliyev Sarayının birgə təşkil etdiyi komissiya tərəfindən aparılan müsahibənin nəticələrinə əsasən proqrama qəbul olunacaqlar.

Qeydiyyat üçün 31 mart 2021-ci il tarixinə qədər [email protected] mail ünvanına mövzu hissəsinə “Təcrübəçi” qeyd olunmaqla öz CV formanızı göndərə bilərsiniz.

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv