"Davam" "Zəfərin gizli qəhrəmanları" adlı videomüsahibəni ictimaiyyətə təqdim etdi - VİDEO

media-hightechnic-468x90

9 oktyabr tarixində “Davam” Gənclər Hərəkatı 44 günlük Vətən müharibəsinin ilk ildönümü ilə əlaqədar hazırladığı “Zəfərin gizli qəhrəmanları” adlı videomüsahibəni ictimaiyyətə təqdim edib.

Yenicag.az xəbər verir ki, videomüsahibə Zəfər savaşı zamanı könüllü çalışan morq işçisi, həkim, jurnalist, sürücü və ictimai fəalın iştirakı ilə ərsəyə gəlib. Onlar müharibə dövründə keçirdikləri hissləri ilk dəfə “Gənc tv”də dilə gətiriblər.

Qeyd edək ki, sözügedən videomüsahibənin ideya müəllifi Nazim Qasımzadədir və o, “Davam” Gənclər Hərəkatının subbrendi olan “Gənc tv”-nin baş prodüseridir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600