Davosda axşam yeməyində QALMAQAL: Nazir danışdı, Avropanın baş bankiri zalı tərk etdi

media-hightechnic-468x90

Nüfuzlu bir axşam yeməyi kimi başlayan tədbir qalmaqalla bitdi: Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard çərşənbə axşamı axşamı Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirilən yeməyi nümayişkaranə şəkildə tərk edib.

Yenicag.az bu barədə “Bild”ə istinadən xəbər verir.

Qeyd olunub ki, Laqardın bu addımına ABŞ-nin ticarət naziri Houarx Lütnikin çıxışında Avropa haqqında kəskin mənfi fikirlər səsləndirməsi səbəb olub.media-41f02de1c93cbe883fa8d4aeb07bfd6f-43846e1

Axşam yeməyi Davosda Dünya İqtisadi Forumu çərçivəsində çərşənbə axşamı baş tutub.

Lütnik çıxışında Avropanın azalan qlobal təsirini vurğulayaraq onun haqqında təhqiramiz sözlər işlədib. Bundan əlavə, iştirakçıların sözlərinə görə, o, dünyanın yenidən bərpa olunan enerji əvəzinə kömürə daha çox üstünlük verməli olduğunu deyərək narazılıq yaradıb. Qısa müddət sonra Avropa Mərkəzi Bankının rəhbəri nümayişkaranə şəkildə zalı tərk edib.

Laqardın zalı tərk etməsindən qısa müddət sonra ev sahibləri tədbiri dayandırmaq qərarına gəldilər. Axşam yeməyi desertdən əvvəl yarımçıq saxlanılıb. Bu barədə proseslə tanış şəxslər “Reuters” agentliyinə məlumat veriblər. AMB hadisə ilə bağlı şərh verməkdən imtina edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa