Türkiyənin baş naziri Əhməd Davudoğlu Davosda çıxış edərkən mütəxəssis türklərin hər sahədə olduğunu vurğulayaraq, “Türklər geri dönür “deyib.
Baş nazir, ərəb dünyasınının liderləri ilə görüşdüyünü bildirərək, “İsrailə qarşı Türkiyənin siyasəti dəyişməz olaraq qalır. Regionda sülh persperktivi varsa, Fələstin naminə çiyin-çiyinə döyüşməliyik. Əminəm ki, “one minute” sözünü ununtmamısınız. Biz Fələstin naminə, Orta Şərqdə İsrail zülmü bitsin deyə, “one minute” deməyə davam etməliyik. Əgər Fələstində yenidən toqquşma istəmiriksə, bunu etməyə borcluyuq. Qüdsün etibarı bizim etibarımızdır. Onu qorumaya davam etməliyik”.
www.yenicag.az