Kəngərlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verdi

media-hightechnic-468x90

Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, qəza Naxçıvan–Sədərək magistral avtomobil yolunun 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qəza zamanı 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızı, 2009-cu il təvəllüdlü Seyidova Aytac Əli qızı, 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızı, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı və 2023-cü il təvəllüdlü Məmmədov Araz Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05