Rubio Livan prezidenti ilə İsraillə razılaşmaların icrasını müzakirə etdi

media-hightechnic-468x90

ABŞ-nin dövlət katibi Marko Rubio Livan Prezidenti Cozef Aun ilə Livan və İsrail arasında əldə olunmuş üçtərəfli çərçivə sazişinin icrasını müzakirə edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqottun yaydığı yazılı açıqlamada bildirilib.

Açıqlamaya görə, Rubio Livan hakimiyyətinin ölkənin suverenliyinin bərpası, “Hizbullah”ın silahsızlaşdırılması və təşkilatın hərbi infrastrukturunun ləğvi istiqamətində atdığı addımları yüksək qiymətləndirib.

ABŞ dövlət katibi Vaşinqtonun üçtərəfli çərçivə sazişinin uğurla həyata keçirilməsini dəstəkləməyə, həmçinin Livanda sülhün möhkəmləndirilməsi, iqtisadi bərpa və ölkənin gələcək inkişafına yardım göstərməyə sadiq qaldığını vurğulayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05