Tovuzda ildırım evi vurdu, yanğın baş verdi: Xəsarət alanlar var

media-hightechnic-468x90

Tovuzda fərdi evdə yanğın olub, 10 nəfər tüstüdən zəhərlənib.

media-banner_tkm

Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Ehtimala görə ildırım çaxmasından sonra kənd sakini İlham Əhmədova məxsus ikimərtəbəli evin birinci mərtəbəsində naqillərdə qısa qapanma baş verib və yanğın başlayıb. Hadisə baş verən zaman evdə heç kim olmayıb.

Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən briqadası alovu söndürərək ətraf ərazilərə keçməsinin qarşısını alıblar. Hadisə nəticəsində evin birinci mərtəbəsindəki mətbəx və zalın yanar konstruksiyaları, məişət avadanlıqları tamamılə yanıb.

Alovu söndürmək üçün köməyə qonşular da gəlib. Nəticədə 10 nəfərə yaxın şəxs tüstüdən zəhərlənərək Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Onlara lazımı tibbi yardımlar göstərilib və ambulator şəraitdə müayinə üçün evə buraxılıblar.

Hadisənin dəqiq baş vermə səbəbləri Tovuz Rayon Polis Şöbəsində araşdırılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05