Davosda yanğın həyəcana səbəb oldu - İnsanlar təxliyə edildi

media-hightechnic-468x90

Dünya liderlərinin Davosda bir araya gəldiyi Dünya İqtisadi Forumunda (WEF) qısamüddətli yanğın həyəcanı yaşanıb. 

Yenicag.az “FOX Business” xəbər verir ki, Dünya İqtisadi Forumunun keçiriləcəyi yer yanğın siqnalizasiyası səbəbindən müvəqqəti olaraq təxliyə edilib.

“Dünya İqtisadi Forumunun keçirildiyi Konqres Mərkəzi yaxınlıqdan tüstü qalxdıqdan sonra insanlaer təxliyə edilib. Yanğınsöndürənlər yanğını nəzarət altına aldıqdan sonra təxliyə başa çatıb”, – KİV qeyd edib.

Böyük Britaniyada yerləşən LBC qəzetinin verdiyi məlumata görə, tüstü Konqres Mərkəzinin yaxınlığındakı kiçik taxta tövlədə baş verən yanğın nəticəsində yaranıb. Yanğın nəticəsində heç bir itki və ya ziyan qeydə alınmayıb./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa