Davudoğlu böhranı həll etmək üçün yeni yollar axtarır

media-hightechnic-468x90

img1806848AKP sədri Əhməd Davudoğlu 7 İyun seçkilərində ortaya çıxan siyasi tablonu araşdırmaq üçün, hərəkətə keçib.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı təhlil yazıları ilə çıxış edib.

Davudoğlunun ilk öncə erkən seçkiyə gediləcəyi təqdirdə AK Partiyanın səslərinin artıb-artıta bilməyəcəyini araşdırdığı bildirilir.

“Vətən” qəzetinin yazdığına görə, Davudoğlu ölkədəki hökumət böhranını həll etmək üçün, yeni yol xəritəsi hazırlayır. Qəzet yazır ki, MHP-nin kürdlərlə bağlı həll prosesini qəbul etmədiyi, CHP-nin isə hökumətə korrupsiya ittihamları irəli sürdüyü üçün, AKP-nin bu partiyalarla koalisiyaya getməsi çətin görünür. HDP isə koalisyon hökumətdə iştirak etməyəcəyini açıqlayıb.

Bu arada Əhməd Davudoğlunun mümkün erkən seçkinin doğuracağı nəticələrlə bağlı araşdırma aparılması üçün göstəriş verdiyi irəli sürüldü.

AKP-dən olan bir səlahiyyətli “Reuters” agentliyinə Əhməd Davudoğlunun ehtimal olunan bir erkən seçkinin partiyanın səslərinə necə təsir etməsini öyrənmək tapşırığı verdiyini bildirib.

“Mümkün erkən seçkinin bu mərhələdə və koalisiya variantları alınmasa partiyanın səslərinə necə təsir edəcəyini araşdırırıq . Baş nazir bu barədə göstəriş verib. Bu nəticələr ortaya çıxdıqdan sonra daha rahat qiymətləndirmə edə bilərik.”

Ölkənin mümkün iqtisadi sarsıntı yaşaması halında bunun seçki qutularına təsir edəcəyini deyən AKP-li səlahiyyətli, bunları qeyd edib:

“Hər vəziyyətin fərqli bir reaksiyası ola bilər. Bu halda da seçici iradəsinin necə dəyişəcəyini etmək lazımdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600