!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daxili bazarı “öldürən” MEYVƏ-TƏRƏVƏZ İDXALI: “Yerli istehsalda yaranan problemlər...” - ŞƏRH

!Reklam – Yazi

“İstehsal azaldıqda, daxili bazarın tələbatını ödəmək üçün idxala üz tutmaq məcburiyyəti yaranır”.

Cari ilin yanvar ayında Azərbaycan 22 milyon 512 min dollar dəyərində 42 min ton meyvə-tərəvəz idxal edib. Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə idxal olunan meyvə-tərəvəzə 8 milyon 95 min dollar artıq vəsait sərf edilməsi deməkdir.

Bu artıma təsir edən amillərlə bağlı beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov öz fikirlərini Yenicag.az-la bölüşüb.

Asif İbrahimovun sözlərinə görə, pandemiya dövründə tətbiq olunan qadağalar idxala olan tələbatı artırıb:

“Artıq bir ildən çoxdur ki, toy mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub. Bu, restoran biznesində meyvə-tərəvəzə olan tələbatı azaldıb. Kafe və restoranların da bir müddət öncə açılmasını nəzərə alsaq, meyvə və tərəvəzlərə olan tələbat kifayət qədər aşağı düşmüşdü.

Müşahidələrimə görə, pandemiya dövründə əksər istehsalçıların da məhsul istehsal etməyində ciddi problemlər mövcuddur. Məsələn, toxumların əldə edilməsi ilə bağlı onların maddi sıxıntıları yaranıb. İstehsal azaldıqda, daxili bazarın tələbatını ödəmək üçün idxala üz tutmaq məcburiyyəti yaranır.

Sosial-iqtisadi vəziyyətə gəldikdə isə əksər sahələrin fəaliyyətinə tətbiq olunan qadağalar hələ də qüvvədədir. Aktiv əmək qabiliyyətli əhalinin təqribən 50-55 faizi dövlət qurumları və ya dövlətdən maliyyələşən təşkilatlarda çalışırlar. Düzdür, onların gəlirlərində hər hansısa dəyişiklik müşahidə olunmur. Lakin bahalaşma və inflyasiya onların da gəlirinə təsirsiz ötüşmür.

Özəl təşkilatlarda çalışanların, taksi fəaliyyəti ilə məşğul olanların, kafe və restoran şəbəkəsi işçilərinin gəlirində isə azalma açıq şəkildə görünür. Bu, həmin şəxslərin sosial vəziyyətinin pisləşməsinə ciddi şəkildə təsir edir”.

Gülşən Şərif

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv