DÇ-2022: Niderland millisi Seneqala qalib gəldi

media-hightechnic-468x90

Qətərdə keçirilən dünya çempionatının A qrupunda ilk tura yekun vurulub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, qrupun ikinci oyununda Niderland millisi Seneqalla üz-üzə gəlib. “Al-Tumama” stadionunda keçirilən qarşılaşma “narıncılar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 84-cü dəqiqədə Kodi Qakpo və əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə Devi Klassen vurublar.

Qrupun ilk matçında ev sahibi Qətər Ekvadora eyni hesabla uduzub.

Beləliklə, birinci turdan sonra Ekvador və Niderland 3 xalla ilk iki sıranı bölüşdürür. Xalı olmayan Qətər və Seneqal isə 3-4-cü yerlərdə qərarlaşıb./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05