!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DƏHŞƏTLİ HADİSƏ: Uşaq balkondan düşdü, əri qadını damdan itələdi - Körpə öldü / FOTO

!Reklam – Yazi
“Qızın iki qardaşının olmasına baxmayaraq, yaşadığı işgəncələri onlarla bölüşməyib”.
Yenicag.az-a daxil olan məlumata görə, 30 avqust 2021-ci il tarixində Niftəliyeva Aytən İlham qızı övladı Niftəliyeva Tahirə Rəhman qızı ilə birlikdə həyat yoldaşı Niftəliyev Rəhman İlqar oğlu tərəfindən zorakılığa məruz qalıb. Nəticədə 1 yaş yarımlıq körpə anası ilə birgə ailəyə məxsus olan üçmərtəbəli şəxsi binanın sonuncu mərtəbəsindən yerə yıxılıb. Hadisə nəticəsində körpə yerindəcə vəfat edib. Anası Aytən Niftəliyeva İlham qızı isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Zorakılığa məruz qalan Aytən Niftəliyevanın yaxın qohumu saytımıza açıqlamasında bildirib ki, üç ildən artıqdır ailədaxili münaqişələr davamlı şəkildə baş verib. Belə ki, qadın bu illər ərzində dəfələrlə fiziki zorakılığa məruz qalıb:

“Aytən Niftəliyeva sırf ailəsinin dağılmaması üçün uzun müddət yaşadığı zorakılıqlara qarşı susub, dözüb. Lakin sonradan bu vəziyyətə tab gətirə bilməyib və uşağını götürərək evdən getmək istəyib. Lakin oğlanın ailəsi qızın getməyinə razı olsa da, uşağı ona verməyəcəklərini deyib. Bu zaman aralarında dava olub. Oğlan qızı döyüb. Qız qaçmaq üçün uşağı qucağına götürərək evin damına çıxıb. Dava burada da davam edib və nəticədə uşaq yerə düşüb. Sadəcə qız damdan tutduğu üçün yerə düşməyib. Yoldaşından kömək istəsə də, o, yardım etməyib. Uzun zaman damdan tutmağa tab gətirə bilməyən qızın əlləri boşalıb, yıxılıb.

Hazırda qızın vəziyyəti çox ağırdır. İki gün ciyərində daxili qanaxma olub, bağırsaqları işləmir, bədənində xeyli sayda qırıqlar var. Uşağının ölümündən xəbəri yoxdur. Nəslimizdə indiyə kimi belə bir faciə yaşanmayıb. Qohumumuz olduqca sakit bir qız idi. Üç il ərzində yaşadıqlarını heç kimə bildirməyib. Qızın atası 2-3 ay bundan öncə koronavirusdan vəfat edib. Qızın iki qardaşının olmasına baxmayaraq, yaşadığı işgəncələri onlarla bölüşməyib. Ailələr arasında davanın düşməsindən qorxub.

Hüquq-mühafizə orqanları oğlanın və anasının ifadəsini aldıqdan sonra sərbəst buraxıblar. Hazırda qızın özünə gəlməyi gözlənilir ki, polis əməkdaşları tərəfindən ifadəsi alınsın. Lakin həkimi qızın vəziyyətinin yaxşılaşmasının uzun müddət alacağını bildirir”.

Gülşən Şərif

www.yenicag.az

5588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv