!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dələduzlar süni intellektlə yaxalandı – 4 milyard dollarlıq cinayət

!Reklam – Yazi

ABŞ Maliyyə Nazirliyi ötən maliyyə ilində süni intellektdən istifadə etməklə ən azı 4 milyard dollar dəyərində dələduzluğun qarşısının alındığını bildirib.

Yenicag.az xəbər verir ki, nazirlikdən yayılan açıqlamada son dövrlərdə tətbiq edilən mütəşəkkil dələduzluğun aşkarlanması proseslərində süni intellektin istifadəsi ilə bağlı məlumatlar açıqlanıb.

Məlumata görə, dələduzluğun aşkar edilməsi üçün süni intellektdən istifadə edildiyi və bu üsulla 2023-cü ilin oktyabr-2024-cü ilin sentyabr aylarını əhatə edən maliyyə ilində ümumilikdə 4 milyard dollardan çox qeyri-qanuni və saxta ödənişlərin bərpa edildiyi bildirilib.

Məlumatda qeyd olunub ki, bərpa edilən ümumi məbləğin təxminən 1 milyard dolları çek fırıldaqçılığı ilə, təxminən 2,5 milyard dolları isə yüksək riskli əməliyyatların aşkarlanması və qarşısının alınması ilə bağlı olub.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

70
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv