!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Delimitasiya və demarkasiya məsələsində SON DAYANACAQ: "Bu istiqamətdə çağırışlara baxmayaraq..."

!Reklam – Yazi

“Əsla hərbi əməliyyatlarda maraqlı deyilik, lakin Ermənistan başqa seçim buraxmayıb”.

Bunu Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün atılacaq addımlar barədə danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya məsələsinin operativ həlli istiqamətində Brüssel, həmçinin Rusiya formatlarının lazımi qərarları var:

“Eyni zamanda, əlverişli sülhün təminatçısı kimi istər Şarl Mişel, istərsə də Aİ-nin bir çox siyasətçisi delimitasiya məsələsinin həllinin vacib olduğunu vurğulayırlar. Rusiya belə bunun əhəmiyyətli rola malik olduğunu qeyd edib. Çünki kommunikasiya da daxil olmaqla, regionla bağlı bütün sahələrin başlıca inkişaf təməli delimitasiya məsələsinin həllidir.

Beynəlxalq ictimaiyyətin delimitasiya və demarkasiya məsələsinin həlli istiqamətində çağırışlarına baxmayaraq, Ermənistan Azərbaycan ərazilərinin qəsbindən əl çəkmir. Burada onun havadarlarının da günahı böyükdür. Nə olur-olsun, məsələnin həllinə nail olacağıq. Əsla hərbi əməliyyatlarda maraqlı deyilik, lakin Ermənistan başqa seçim buraxmayıb”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv