!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Delta" ştammı: "Hər şeyə ciddi nəzarət edilməlidir" - Professordan XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Delta” ştammı koronavirusun dördüncü dalğası və ya yeni pandemiyanın başlanğıcı kimi dəyərləndirilə bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında yeni növ koronavirusun ilk dəfə Hindistanda aşkarlanan “Delta” ştammının Azərbaycanda yayılmasının qarşısının alınması yolları haqqında danışarkən tibb professoru Adil Qeybulla deyib.

Professor bildirib ki, ölkəmizdə “Delta” ştammının yayılmaması üçün karantin qaydalarına ciddi əməl edilməsi zəruridir:

“Koronavirusun sözügedən ştammı artıq dünya ölkələrində sürətlə yayılır. Təəssüf ki, bu ştammın yayılmasının qarşısını almaq üçün atılan addımlar artıq yetərli deyil. Sadəcə mümkün qədər az sayda insanın xəstələnməsi və qorunmaq üçün karantin qaydalarına əməl etmək lazımdır. Bu qaydalara, xüsusən də qapalı məkanlarda diqqət edilməlidir. Sərhəddən başlayaraq hər şeyə ciddi nəzarət edilməlidir. Bununla yanaşı, vətəndaşların vaksin vurdurması lazımdır. Əgər “Delta” ştammı geniş şəkildə yayılarsa, bu, xəstəliyin sürətlə yayılması deməkdir”.

Qeyd edək ki, “Delta” ştammı bu günə qədər 92 ölkədə qeydə alınıb. Hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da koronavirusun “Delta” ştammı barədə xəbərdarlıq edib və vəziyyətin həyəcanverici olduğunu vurğulayıb.

Gülşən Şərif

www.yenicag.az

789
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv