!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Deməyim odur ki, kinonun Fərəhli günləri qarşıdadır" - Zaur Tahirsoy

!Reklam – Yazi

“Kino, təkcə əyləncə növündən ibarət biznes sahəsi deyil”.

Bunu Azərbaycan kinosunun inkişafı ilə bağlı vəziyyəti dəyərləndirən sosial psixoloq, kinorejissor Zaur Tahirsoy Yenicag.az-a açıqlamasında deyib.

Zaur Tahirsoya görə, bu gün ölkəmizdə kinonun müsbət dinamikası müşahidə edilir:

“Bu yolda maneələr və problemlər çoxdur. Maneələrə toxunmaq istəmirəm. Çünki maneə inkişafın stimulyatorudur. Qarşılaşdığımız əsas problem aktyor və aktrisa qıtlığıdır. Əlbəttə ki, söhbət kəmiyyətdən getmir.

Mədəniyyət və İncəsənət Universitetinin 2014-cü ilə qədərki problemlərinin fəsadlarını hələ 10 il də yaşıyacağıq. Çünki məhz 2014-cü ildən sonra diploma görə incəsənətə daxil olanların qarşısı alındı. Atılan düzgün addımların nəticəsi 5 il ərzində bəhrəsini verməyə başlayacaq. Deməyim odur ki, kinonun Fərəhli günləri qarşıdadır.

Kinonun psixoloji, sosioloji, iqtisadi, tarixin, mədəniyyətin, dövlət siyasətinin təbliği və dünyada ölkə imicinin formalaşması kimi bir çox təsiri var. Azərbaycanda “Azflix” internet kino portalının təsis edilməsi bu dinamikanı daha da sürətləndirəcək”.

www.yenicag.az

1297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv