Vaqif Şıxəliyevdən QALMAQALLI SÖZLƏR: "Mahnısıyla yox, "naz"ıyla tutuzdurur"
“Müğənni gəncliyi, şirinliyi, qadındırsa, işvəsi, nazı ilə “tutuzdurur””.
Yenicag.az xəbər verir ki, bu sözləri “Sevilən səhər” verilişində müğənni Vaqif Şıxəliyev deyib.
Sənətçi bir çox müğənninin piyarını sosial şəbəkə üzərindən qurduqlarını, efirə ehtiyac duymadıqlarını deyib:
“Elə müğənni var efirə çıxmır, heç kim tanımır, amma sosial şəbəkələr üzərindən tanınıb, mahnılarının 40-50 milyon baxış sayı var. Elə müğənni də var, sənətkardır, illərin oxuyanıdır, xalq artistidir, hər gün efirdədir, amma mahnılarının izləyicisi çox azdır. İndi marketinq dövrüdür. Gənc ifaçıların çoxu deyir, neynirəm efirə çıxmağı, onsuz da sosial şəbəkələrdə “tutuzdururam”. Adamlar var heç televizora baxmır, yalnız “YouTube” kanalına baxır. Buna görə də gənc ifaçılar öz piyarını sosial şəbəkə üzərindən qurur. Yəni marketinq çox önəmlidir.
Elə mahnı oxuyarsan, o mahnıyla ayda 50-60 min pul qazanarsan. Orda sənətkarlıqdan söhbət getmir, sadəcə olaraq mahnı populyardır, müğənni gəncliyi, şirinliyi, qadındırsa, işvəsi, nazı ilə “tutuzdurur””.
Nehru













