“Dəmirbank” problemli kreditlərin hüquqi tənzimlənməsi departamentinə təcrübəçi vəzifəsinə işçi axtarır.
Yeniçağ.Az-ın məlumatına görə, ali təhsilli, yüksək ünsiyyət qabiliyyəti olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.
Əsas vəzifə öhdəlikləri:
– Problemli kreditlər üzrə kredit dosyelərinin filialardan müəyyən edilmiş qaydalar çərçivəsində qəbul edilməsi qaydaları;
– Qəbul edilmiş kredit dosyelərinin departament daxilində aidiyyatı üzrə əməkdaşlara təhvil verilməsi;
– Qəbul edilmiş kredit dosyelərinin arxivləşdirilməsi, arxivdə saxlanılması, qeydiyyatının aparılması, onların tam şəkildə qorunması və itirilməsinin qarşısının alınması formaları;
– Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanın və sənəd dövriyyəsinin aparılması.
Namizədə qarşı tələblər:
– Ali təhsilinin olması;
– Yüksək ünsiyyət qabiliyyətinin olması;
– Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması;
– Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
– Məlumatlandırma, detallara diqqət göstərmə qabiliyyətinin olması;
– Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərin olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Problemli Kreditlərin Hüquqi Tənzimlənməsi Departamenti – Təcrübəçi” şəklində göstərməyiniz xahiş olunur.
Yeniçağ.Az
www.yenicag.az