Maliyyə sektorunda 644 min manat cərimə tətbiq edilib

media-hightechnic-468x90

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib.

media-banner_tuq

Yenicag.az-ın məlumatına əsasən, hesabat ilində nəzarət funksiyalarının icrası çərçivəsində maliyyə institutlarında ƏL/TMM Qanununun tələblərinə əməl olunmasına dair yoxlamalar aparılıb.

Bildirilib ki, bu yoxlamalar maliyyə sisteminin şəffaflığının təmin olunması, qanunvericiliyə uyğunluğun nəzarətdə saxlanılması və cinayətkarlıq risklərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir:

“2025-ci il ərzində 3 bank, 9 bank olmayan kredit təşkilatı, 4 ödəniş, 3 elektron pul təşkilatı, 1 valyuta mübadiləsi məntəqəsi, 1 investisiya şirkəti və “Azərpoçt” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsi əsasında 644 000 manat məbləğində cərimə tətbiq edilib. Bu tədbirlər maliyyə sektorunda hüquqi tələblərə əməl olunmasının təmin edilməsi və gələcəkdə analoji pozuntuların qarşısının alınması baxımından önəm daşıyır”.

Qeyd edilib ki, Mərkəzi Bankın ƏL/TMM sahəsində müəyyən etdiyi sahəvi risklər və zəifliklər nəzərə alınaraq hazırlanmış 2025-ci il üzrə təlim planı əsasında, maliyyə institutlarının normativ tələblər və praktikada sui-istifadə olunan sahələr üzrə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə təlimlər keçirilib:

“Təlimlər banklar və poçt rabitəsinin milli operatorları üçün – daxili nəzarət proqramının tətbiqində mövcud olan çatışmazlıqlar, daşınmaz əmlakdan leqallaşdırılma məqsədilə sui-istifadə, şübhəli hallara dair tipologiyalar, kart əməliyyatları üzrə risklər və nəzarət mexanizmi, habelə maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatları zamanı yaranan risklər, qeyri-bank maliyyə institutları üçün – müştəri uyğunluğu tədbirlərinin tətbiqi, institusional risk qiymətləndirilməsi, ƏL/TMM qanunvericiliyi mövzularında, bütün maliyyə institutları üçün – üçüncü şəxslərə güvənmə mövzusunda olub”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05