Dəmiryolçular ayağa qalxdı
Almaniyada “Doyçe Baan” dəmiryol şirkətinin əməkdaşları növbəti dəfə işi tətil ediblər. Bu, şirkət əməkdaşlarının artıq 10 ayda 9-cu tətil aksiyasıdır.
Maşinistlər əmək haqlarının az olmasında və iş rejiminin pis olmasından şikayət edirlər. Həmkarlar ittifaqı əmək haqqının 5 faiz artırılmasını və iş saatının azaldılması tələbi ilə çıxış ediblər.
Dünən gün ərzində yük qatarları fəaliyyət göstərməyib. Bu gündən etibarən isə, sərnişin qatarları da aksiyaya qoşulacaqlar. Tətilin nə vaxt bitəcəyi isə, məlum deyil.
Tətilin hər günü Almaniya iqtisadiyyatına 100 milyon avro məbləğində ziyan vurur.