Dənizçilərə zorakılıq və qısnama hallarına qarşı hazırlıq tədbirləri öyrədiləcək

media-hightechnic-468x90

Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin müvafiq qətnaməsinə, eləcə də “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyaya uyğun olaraq mühüm yenilik həyata keçirilib.

Bu barədə Yenicag.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Yeniliyə əsasən, Beynəlxalq Məcəllənin A-VI/1-4 Cədvəlinə (şəxsi təhlükəsizlik və ictimai məsuliyyət) yeni səriştə – “Zorakılıq və qısnama hallarının, o cümlədən cinsi qısnama, bulinq və cinsi zorakılıq hallarının qarşısının alınmasına və onlara cavab tədbirlərinin görülməsinə töhfə vermək” əlavə olunub.

Bu yeniliklə əlaqədar “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” xüsusi hazırlıq kursunun nümunəvi tədris planına dəyişiklik edilib. Plana yeni səriştənin tədrisi üçün 6 saat daxil edilib. Yenilənmiş proqramın ümumi müddəti 80 saat təşkil edir və cari ilin 1 dekabr tarixindən etibarən tətbiq olunmağa başlanılıb.

Sözügedən yenilik dənizçilərin təhlükəsiz və etibarlı əmək şəraitinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan dənizçilərinin həm ölkə daxilində, həm də beynəlxalq sularda maneəsiz, fasiləsiz və standartlara uyğun fəaliyyət göstərməsinə şərait yaradır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa