Dənizdə batan 3 nəfərin meyiti tapıldı

media-hightechnic-468x90

Neftçala rayonu ərazisində qeyri-çimərlik zonada batan 3 nəfərin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, dünən Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərin – rayonun Həsənabad qəsəbə sakinləri – 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu, 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu və 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlunun meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa