Depayın pasportu oğurlandı

media-hightechnic-468x90

Braziliyanın “Korintians” klubunun niderlandlı futbolçusu Memfis Depayın pasportu hava limanında oğurlanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Braziliyada pasportu oğurlanan 31 yaşlı futbolçu Niderland millisinin düşərgəsinə daha sonra qoşulacaq.

“Narıncılar”ın bombardirinin DÇ-2026-nın seçmə mərhələsində Malta ilə baş tutacaq görüşü buraxacağı ehtimal edilir.

Niderland millisinin baş məşqçisi Ronald Kuman vəziyyəti bu cür şərh edib:

“Bu, həm Depay, həm də bizim üçün xoşagəlməz bir vəziyyətdir. Milli komandaya tam heyətlə hazırlaşmaq istərdik, lakin bizdən asılı olmayan hallar var. Ümid edirik ki, o, ən qısa zamanda təlim-məşq toplanışına qatılacaq”.

Niderland dünya çempionatının seçmə mərhələsində oktyabrın 9-da Malta, 12-də isə Finlandiya ilə qarşılaşacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05