!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Deport edilməlidir” - Millət vəkilindən hindistanlıların hörmətsizliyinə REAKSİYA

!Reklam – Yazi

Azərbaycanda səfərdə olan bir qrup hindistanlı gəncin musiqi sədaları altında Şəhidlər Xiyabanında klip çəkdirməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, insanların qınağına səbəb olan hadisəyə millət vəkili Aydın Mirzəzadə də münasibət bildirib.

O, “Facebook” hesabındakı paylaşımında bu addımın yolverilməz olduğunu vurğulayıb, həmin şəxslərin tapılaraq dərhal ölkədən deport edilməsini tələb edib:

“Bu gün bir qrup Hindistan vətəndaşının Şəhidlər Xiyabanında mahnı oxuyaraq rəqs etdiyi və klip çəkdirdiyi barədə xəbər, eyni zamanda, həmin görüntülər yayıldı.
Azərbaycanlılar üçün müqəddəs olan bir məkanda xaricilərin belə hərəkəti yolverilməzdir.
Hesab edirəm ki, bu məsələyə çox ciddi yanaşılmalıdır. Həmin şəxslər tapılıb dərhal ölkəmizdən deport edilməli və uzun müddət Azərbaycana gəlmələrinə qadağa qoyulmalıdır. Eyni zamanda, Hindistanın Azərbaycandakı səfirliyinə xatırladılmalıdır ki, bura səfər edən vətəndaşları Azərbaycanın tarixinə, dəyərlərinə hörmətlə yanaşsın”.

Aqil Bəkir

www.yenicag.az

993
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv