Deputat: “Azərbaycanın Zəfər Paradı keçirməsi hansısa ölkələr üçün…”

media-hightechnic-468x90

“Azərbaycanın hərbi büdcəsinin artırılması və eyni zamanda zəfərimizin 5 illiyi münasibətilə paradın keçirməsi hansısa ölkələr üçün təhdid kimi qəbul edilməməlidir”.

media-440076-1

Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, xalqımızın canı və qanı bahasına qazandığı qələbə Azərbaycan dövlətçiliyi var olduğu müddətdə yaşayacaq:

“Vətəndaşlarımız zəfəri bizə bəxş edən şəhidlərimizi, qazilərimizi, Ali Baş Komandanı tarix boyu xatırlayacaqlar. Azərbaycanın qazandığı qələbə geostrateji və siyasi kontekstdə elə mühüm rezonans yaradıb ki, bu, uzun müddət müzakirə olunacaq və öyrəniləcək. Təəssüf ki, bu uğurumuzu hələ də qısqanan və qəbul etmək istəməyən qüvvələr var. Xüsusən Ermənistan bu məsələni əsla və heç vaxt həzm edə bilməyəcək. Regionda reallığı dəyişmək üçün cəhdlər var. Amma Azərbaycan gücü və qüdrəti elə şərtlər formalaşdırır ki, bu reallıq hamı tərəfindən qəbul edilir. Ölkəmizin hərbi büdcəsinin artması və ya zəfər paradımız kimlər üçünsə təhdid kimi qəbul edilməməlidir. Hər hansı bir ölkənin torpaqları 30 il işğal altında qalsaydı, ərazilərini azad etdikdən sonra onun da təhlükəsizliyinə qarşı təhdid hiss etsəydi, onlar da eyni addımı atardı. Kimsə təşvişə düşməməlidir. Xüsusən Ermənistan, çünki onlar artıq bizə rəqib deyil. Azərbaycan böyük gələcəyinə hazırlaşır və daha böyük məqsədlərimiz var”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa