!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat “ənənəvi-qeyri-ənənəvi din” ayrımına qarşı çıxdı

!Reklam – Yazi

“Dünyəvi dövlət nəinki islamın məzhəblərinə, bütün dinlərə eyni məsafədən yanaşmalıdır”

fazil-mustafa1 Son günlər gündəmə gələn ənənəvi-qeyri-ənənəvi din məsələsinə millət vəkili Fazil Mustafa sərt təpki göstərib. Azerinfo.org xəbər verir ki, millət vəkili bunu söyləyənlər bəsit fikirli şəxslər adlandırıb: “Rəsmi açqlamalara diqqət yetirirəm. Bir neçə dəfədir, ən yüksək məqamlardan, habelə rəsmi qurumların izahatından bu ifadə səslənir. Kim tapıbdırsa, İslam haqqında bəsit təsəvvür sahibi olduğunu büruzə verib. Vəhhabi deyə tanıtmaq istədikləri şəxsləri “qeyri-ənənəvi din mənsubları”, Şiə deyə tanıtmaq istədikləri şəxsləri “ənənəvi din mənsubları” kimi təqdim edirlər. Sanki bu ideyanı “qeyri-ənənəvi cinsi oriyentasiyalı şəxslər” və ya “ənənəvi cinsi oriyentasiyalı şəxslər” bölgüsünün içindən tapıb çıxarıblar”.

Millət vəkili hesab edir ki, “Azərbaycanda əslində ənənəvi və ya qeyri- ənənəvi din mənsubları problemi yoxdur. Şərti olaraq hər iki cinahda kifayət qədər saqqalı və ya əksinə möhürü İslamın əsas atributu kimi referans götürən şəxslər var, eyni zamanda çox sayda əsas atribut kimi Quranı referans götürən şəxslər var. Ənənəvi və ya qeyri-ənənəvi din olmur, sadəcə doğru və yaxud təhrif olunmuş İslam olur. Doğru İslamın hüdudlarını insanın ağlı ilə idrak etdiyi Quran təyin edir. Təhrif olunmuş İslam isə, hər kəsin öz inandığı hədisi, rəvayəti cahilcəsinə Quran hökmü kimi təqdim etməsi zamanı yayılmağa başlar”.

Fazil Mustafanın sözlərinə görə, “Azərbaycanda Quran ağırlıqlı İslamın orta məktəbdən başlayaraq insanlarımıza tanıtımı sistemli şəkildə aparılarsa, İslam adı ilə ənənəvi və ya qeyri-ənənəvi din mənsubları sayılanların da doğru-dürüst İslam mənsubu olacaqlarına ümid etmək olar”.

Millət vəkilinin qaldırdığı “ənənəvi-qeyri ənənəvi” məsələsinə münasibət bildirən ilahiyyatçı, araşdırmaçı Aqil Ələsgərin sözlərinə görə,  “dünyəvi dövlətdə ənənəv və ya qeyri ənənəvi din anlayışı yoxdur. Dünyəvi dövlət nəinki islamın məzhəblərinə, bütün dinlərə eyni məsafədən yanaşmalıdır”.

1525697_10202026942267870_1407505281_nDinin orta məktəblərdə tədrisinə gəlincə, ilk dəfə 2001-ci ildə bu məsələni qaldırdıqlarını qeyd edən Aqil Ələsgər “Əlbəttə, fundamental dini bilgilər orta məktəbdən insanlara öyrədilməlidir ki, sabah təsir altına düşməsin. Ancaq kim öyrədəcək? Siz bilirsinizmi ki, bu gün cəmiyyətdə dindən danışanların 90 faizi İranda, Suriyada mədrəsə təhsili alanlardır. Rəsmi dini təhsil alanların əksəriyyəti tamamilə ayrı sahələrdə özlərinə iş tapıblar. Və əgər Azərbaycanda dinlə bağlı məsul şəxslər rayonlara gedib, insanları qeyri-ənənəvi din mənsublarına qarşı maarifləndirməyə deyil, mübarizəyə səsləyirlərsə, cahillərin mübarizəsi bundan artıq olmamalıdır ki” deyə fikrini izah etdi.

www.yenicag.az

814
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv