Deputat imtahanda yüksək nəticə göstərmiş məktəblilərlə görüşdü
Milli Məclisin deputatı Səbinə Salmanova tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 2-də keçirilən buraxılış imtahanında ən yüksək nəticə göstərmiş (300 bal toplamış) Sumqayıt məktəbliləri, onların valideynləri və müəllimləri ilə görüşüb.
Deputat görüş zamanı 9 saylı orta məktəbin şagirdi Hüseynzadə Nuray Rafiq qızı və 34 saylı orta məktəbin şagirdi Məmmədli Aişə Qabil qızını buraxılış imtahanında göstərdikləri yüksək nəticəyə görə təbrik edib, onlara ali məktəblərə qəbul imtahanlarında uğurlar arzulayıb.
Səbinə Salmanova bildirib ki, buraxılış imtahanında ən yüksək nəticə göstərmiş şagirdlər arasında Sumqayıt məktəblilərinin də olması sevindiricidir: “Bu bir daha sübut edir ki, şəhərimizdə təhsilə böyük diqqət göstərilir. Məhz bu diqqətin nəticəsidir ki, hər il Sumqayıt məktəbliləri istər buraxılış, istərsə də ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticələr göstərirlər. Əminəm ki, bu il də bu ənənə təkrarlanacaq”.
Daha sonra millət vəkili şagirdlərin müəllimləri və valideynləri ilə həmsöhbət olub, onlara təşəkkür edib.
S.Salmanova vurğulayıb ki, şagirdlərimizin bu uğurunda oxuduqları orta təhsil müəssisələrinin, onların müəllimlərinin və valideynlərinizin də xüsusi zəhməti danılmazdır.
Səmimi şəraitdə baş tutmuş görüşdə deputat Səbinə Salmanova şagirdlərə öz tövsiyələrini də verib.
Millət vəkili ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu gün keçirilən buraxılış imtahanında iştirak etmiş şagirdlərə də uğurlar arzulayıb.
Sonda xatirə şəkili çəkdirilib.