Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputat rüsumların artırılmasını dəstəkləməsi xəbərini TƏKZİB ETDİ

“Mən dövlət rüsumlarının dəyişdirilməsinin insanların həyatına mənfi təsir göstərməyəcəyinə dair fikir səsləndirməmişəm”.

Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili belə açıqlama ilə çıxış edib.

O bildirib bəzi saytlarda, sosial şəbəkələrdə mənim adımdan bu cür formada yalan məlumatlar yayılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında belə bir fikir nə mən, nə də iclas iştirakçıları tərəfindən səsləndirilib. Əksinə, insanların gəlirlərinin artırılması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd etmişik.

*14:36

“Yayılan şayiələrə fikir verməməyin, qeyri-ciddi informasiyalara inanamamağı tövsiyə edirəm!

Özünü ciddi sayan media qurumlarını isə dəqiqləşdirmədən şayiə dolu informasiya yaymamağa çağırıram!”.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində bir sıra rüsumlarının artırılması təklif olunur.

“Azərbaycanda dövlət rüsumlarının dəyişdirilməsi insanların həyatına heç bir mənfi təsir göstərməyəcək”.

Yenicag.az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda hər bir vətəndaşın ödədiyi dövlət rüsumunun orta illik məbləği 35 manat təşkil edir ki, bu da vətəndaşın gəlirlərinin təqribən 0.5 faizini təşkil edir. T.Mirkişili bildirib ki, bəzi ölkələrdə bu məbləğ 8 faizdən yuxarıdır.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda rüsumlar 15 il bundan əvvəl müəyyən edilib. 15 il ərzində inflyasiya baş verib və bu rüsumların məbləği maya dəyərindən aşağı düşüb. Bu baxımdan indiki halda rüsumların məbləğinin dəyişdirilməsi insanların həyatına mənfi təsir etməyəcək.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.

www.yenicag.az

300
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100