Bu gün keçirilən Milli Məclisin plenar iclasında deputat Çingiz Qənizadə Müdafiə Nazirliyini sərt tənqid edib.
Yenicag.az-ın məlumatına görə, Çingiz Qənizadə bildirib ki, veteran statusunun alınması ilə bağlı məhkəmə qərarları Müdafiə Nazirliyi tərəfindən icra olunmur:
“Bir neçə gün öncə Xocavənd rayonunda 3 əsgər Qarabağ müharibəsində iştirak etdikləri ilə bağlı məhkəməyə müraciət edib. İcra başçısı Eyvaz Hüseynov da sənəd verərək təsdiq edib ki, onlar onun əsgərləri olublar və döyüşüblər. Ancaq nazirlik fərqli düşünür. Müdafiə Nazirliyi məhkəmə qərarlarını belə tanımır”.
Millət vəkili qeyd edib ki, bu cür hallarla bağlı çoxlu sayda şikayətlər var.
www.yenicag.az