Deputatın restoranında ölüm hadisəsi baş verdi
Bakıda daha bir nəfər dənizdə batıb.
Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə “1001 Gecə” restoranının çimərliyində qeydə alınıb. 1937-ci il təvəllüdlü Güloğlan İsgəndər oğlu İsmayılov dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “1001 Gecə” restoranı millət vəkili Hüseynbala Mirələmova məxsusdur(aznews).