Deputatın sui-qəsdində şübhəli bilinənlər saxlanıldı

media-hightechnic-468x90

46046Ukrayna təhlükəsizlik qüvvələri Odessada diversant qrupun üzvləri olmaqda şübhəli bilinən 29 nəfəri saxlayıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, təhlükəsizlik xidmətinin rəhbəri Valentin Nalivayçenko bu barədə prezidentə məlumat verib.

Ukrayna təhlükəsizlik qüvvələri Odessa limanından onlara məxsus olduğu güman edilən qumbara və xəritələr aşkar ediblər. Saxlananlardan ikisi deputata sui-qəsd hazırlamaqda şübhəli bilinirlər.

Ukraynanın Təhlükəsialik Xidməti ötən həftə Odessada törədilən silsilə partlayışlarla bağlı 3 şübhəlinin saxlanması barədə məlumat yaymışdı.

Ukrayna hakimiyyəti hesab edir ki, bu partlayışların arxasında Moskva və rusiyapərəst qüvvələr durur.

Faktla bağlı araşdırmalar davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600