Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputatın "xaricdə təhsil" çıxışına TƏPKİ: "Biz insanlarımıza sahib çıxdıqca..." - Fərəc Quliyev

Reklam: High Technic

“Tələbələrin xaricə göndərilməsinə bu cür təpki göstərmək tamamilə yanlışdır”.

Bu fikirləri noyabrın 2-də Milli Məclisdə keçirilən “Ali təhsil haqqında” qanun layihəsi üzrə parlamentin Elm və təhsil komitəsi yanında yaradılmış İşçi Qrupun iclasında deputat Musa Qasımlının xaricə tələbə göndərməyə qarşı səsləndirdiyi fikirlərə münasibət bildirən Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev deputatın sərgilədiyi davranışın yanlış olduğunu bildirib və müasir yenilikləri öyrənmək üçün sözügedən praktikadan istifadə etməyin faydalılığının təsdiqini tapdığını vurğulayıb:

“Mən, təbii ki, bu fikirlə razılaşmıram. Birinci, bizim ölkədə yaşayan adamlar ola bilər ki, onların beyinlərini yuyub dövlətimizə qarşı istifadə edərlər. Belə hallar var və xüsusən İranın şəbəkələşməsində cahil gənclərdən istifadə etdikləri göz önündədir. İkinci bir tərəfdən, 1918-1920-ci illərdəki Cümhuriyyət dönəminə baxsaq, ilk işlərdən biri xaricə tələbələrin göndərilməsi olub. Yaxud da ötən əsrin 70-ci illərində – Heydər Əliyev dönəmində indiki MDB məkanına tələbələrin göndərilməsi həyata keçirildi. Elçibəy dönəmində də bizim xeyli tələbələrimiz xaricə, xüsusən Türkiyəyə göndərildilər. Bu, bu gün də davam edir. Bu, lazımlı bir məsələdir. Bizim xaricdən ən müasir yenilikləri öyrənmək üçün atacağımız ilk addım budur. Mən bir dəfə parlamentdə də məsələ qaldırmışdım ki, ikinci etapda getdikləri yerlərdə qalıb işləyən, xocalara çevrilən tələbələrin geri qaytarılmasını təmin etmək lazımdır. Biz tələbələri xaricə göndərməkdənsə, onları həmin xocaların ətrafında birləşdirsək, iqtisadi cəhətdən daha səmərəli olar. Amma bütün hallarda biz xaricdən yenilikləri, elmi gətirmək üçün tələbələrin göndərilməsini davam etdirməliyik.

Biz insanlarımıza sahib çıxdıqca onlar bizim olacaqlar. İnsana sahib çıxmadınsa, hansı ölkədə olmasından asılı olmayaraq onlar sənin olmayacaq.

Bir daha qeyd edim ki, mən o fikirlə razılaşmıram. Hesab edirəm ki, hansı ölkəyə kimi və niyə göndərdiyini, gəldikdən sonra hansı işlə məşğul olduğunu nəzarətdə saxlamaq kifayətdir, bu artıq başqa məsələdir. Məsələn, İranın Qum şəhərinə insanları göndərməyin nə mənası var ki? Bu, məntiqsiz bir şeydir.

Prinsip etibarilə, tələbələrin xaricə göndərilməsinə bu cür təpki göstərmək tamamilə yanlışdır”.

Aqil Bəkir

www.yenicag.az

365
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100