Deputatlar AŞPA iclaslarında iştirak edəcəklər

media-hightechnic-468x90

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mayın 24-dən 27-dək Latviyanın Riqa şəhərində səfərdə olacaq.

Bu barədə Yenicag.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, komitə sədri burada keçiriləcək AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək.

İclaslarda Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinin, Bolqarıstanda keçirilmiş erkən parlament seçkilərinin nəticələri, həmçinin Monteneqroda keçiriləcək parlament seçkilərini müşahidə edəcək üzvlərin siyahısının təsdiqi və digər məsələlərə baxılacaq, müvafiq qərarlar qəbul olunacaq.

Səməd Seyidov müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, onlara münasibətini bildirəcəkdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600