Deputatlar hansı komandaya azarkeşlik edəcəklər?

media-hightechnic-468x90

lllllppSabahdan Braziliyada futbol üzrə dünya çempionatına start veriləcək. Bu səbəbdən dünyanın dörd bir yerində məskunlaşan futbol azarkeşləri üçün əsl bayram başlayır. Azərbaycanda da futbolsevərlər az deyil. Hətta siyasətçilər də azarkeşlik etdikləri ölkəyə və onun komandasına bolluca uğur arzulayacaqlar.

Buna görə də  deputatlar arasında sorğu keçirilərək dünya çempionatını izləyib-izləyəməcəklərini və hansı komandaya azarkeşlik edəcəklərini soruşub.

YAP icra katibinin müavini Siyavuş Novruzov bir ay müddətində dünya çempionatını sevə-sevə izləyəcəyini deyib. “Braziliya komandasına xüsusi azarkeşlik edəcəm. Braziliya komandası dünya futboluna böyük şəxsiyyətlər verib. Bu səbəbdən o komandanı həmişə izləmişəm, indi də izləyəcəm. 1 ay müddətində çempionatını tam izləməyə çalışacağam”.

Deputat Zahid Oruc da futbol üzrə dünya çempionatını izləyənlər arasında olacaq: “Orta məktəb illərində yadıma gəlir ki, insanların böyük bir hissəsi futbola xüsusi maraq bəsləyirdi. Fanatik səviyyəsində azarkeşlərdən tutmuş, futbolla yaşayan, nəfəs alan insanlar da vardı. Biz də müəyyən qədər onlara çatmağa çalışırdıq. 90-cı illərdən sonra siyasi həyata gəlişimiz bir çox şeyləri dəyişdi. İndi dünyaya baxışımızda ayrı-ayrı məsələlər öz ağırlıq çəkisinə görə fərqlənir. Şübhəsiz, oyunların hamısını izləmək mümkün olmasa da, bunu dünya çempionatına şamil etmək mümkün deyil. Bu mənada sabah başlayacaq dünya çempionatını izləyəcəm”.

Onun həmkarı Rauf Əliyev vaxtilə futbolla məşğul olduğundan bu idman növünü izləməyi də vacib sayır. “Təbii ki, sabah başlayacaq dünya çempoinatına azarkeşlik edəcəm. Bu çempionat 4 ildə bir dəfə keçirilir. Futbol maraqlı idman növü olduğundan hamı onu sevir. Bu idman növü ilə vaxtilə mən də məşğul olmuşam. AFFA-nın vitse-prezidentiyəm. Ona görə də futbol mənə maraqlıdır. Bildiyiniz kimi, dünya çempionatı Braziliyada keçiriləcək. Onlar dəfələrlə dünya çempionu olub. İndi deyirlər ki, Braziliya fovaritdir. Ola bilər ki, olsun. Amma hər dünya çempionatında sürprizlər olub və yenə gözlənilir. Mən Braziliyaya yox, Hollandiyaya azarkeşlik edəcəm”.

Fuad Muradov da səbirsizliklə çempionatın ilk oyununu gözləyir: “Mütləq açılışa baxacam. Sabah birinci oyun Xorvatiya-Braziliya arasında olacaq. Onu da izləyəcəyəm. Fovarit komandamın hansı olduğunu dəqiqliklə deyə bilmərəm. Amma həmişə Argintina, Braziliya, İtaliya, İspaniyaya azarkeşlik edirəm. Ümid edirəm ki, bu il də onlar yaxşı futbol göstərəcəklər. İspaniya şübhəsiz ki, fovaritdir. Çünki son bir neçə ildə İspaniya klubları və komandaları güclənib. Ona görə də İspaniyanın şansı çoxdur. Yeni sürpriz komandalar da var, onlardan biri də Xorvatiyadır. Yeni komanda Bosniya-Hersoqovinadır. İlk dəfə çempionatda oynayacaq. Ümumiyyətlə, düşünürəm ki, İtaliya, İspaniya, Braziliya, bəlkə də Almaniya çempionluq uğrunda mübarizə aparacaqlar”.

Aqil Abbasun fikrincə, builki çempionat maraqlı olacaq: “Bir neçə dəfə demişəm, yenə təkrarlayıram, Braziliyaya azarkeşlik edirəm. Ən çox sevdiyim komanda Braziliya olduğundan çox istərdim ki, elə o da qalib gəlsin. Amma Almaniya qalib gələcək. Çünki orada Məsut Özül var”.

Adil Əliyev də dünya çempionatını izləyənlər arasında olacaq: “Bu barədə bir neçə gün əvvəl demişəm. Avropa komandaları arasından 4-ü çempionatda liderlik edəcək. Avropadan olan İspaniya, Hollandiya, İtaliya və Almaniya komandaları arasında mübarizə gedəcək. Hesab edirəm ki, çempionluq yarışı Avropa komandaları arasında gedəcək”.

Ülvi Quliyev Braziliya komandasının oyununa baxanda xüsusi həzz aldığını deyib: “Sabahdan başlayaraq futbol üzrə dünya çempionatını izləyəcəm. Sevimli komandam Braziliya olduğundan ona azarkeşlik edəcəm. Çünki futbola ancaq dünya çempionatı zamanı baxıram. Braziliya komandasının oyununa baxanda isə xüsusi həzz alıram”.

Fazil Mustafa isə bu il azarkeşlik baxımından seçimində dəyişiklik edib: “Sabahdan başlayan dünya çempionatını mən də izləyəcəm. Azarkeşlik etdiyim komanda Bosniya və Hersoqovina olacaq. Bir müsəlman ölkəsi kimi istərdim ki, bu komanda uğur qazansın. Fikrimcə, qazanılacaq uğur bosniyalılar üçün də müəyyən qədər təsəlli olacaq. Amma çempion kimi ən çox Argentinanın olması ehtimalı üzərində dururam. Bu vaxta qədər isə İtaliya komandasına azarkeşlik etmişəm”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600