!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlara rəqib olan jurnalist NAMİZƏDLƏR – Bu dairələrdə pensiyaçılar üstünlük təşkil edir

!Reklam – Yazi

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərinə 10 gün qalıb. Seçkilərlə bağlı deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası da davam etməkdədir. Müstəqillik dövründə sayca 7-ci dəfə keçiriləcək parlament seçkilərindən gözləntilər böyükdür. Seçkilərdə iştirak edən VI çağırış Milli Məclisin deputatları namizədlər siyahısında üstünlük təşkil edir.

Namizədlər arasında ilk dəfə bu yarışa qatılanları nəzərdən keçirsək, bir sıra tanınmış adlara da rast gəlmək mümkündür. Lakin siyahıda namizədlər arasında heç kimin tanımadığı şəxslər də yer alıb. Siyahıda işsiz, təqaüddə olan, hətta jurnalist namizədlərin olması da siyahını daha da maraqlı hala gətirib.

Təbii ki, seçmək və seçilmək hüququ vətəndaşların Konsititusiyada təsbit olunmuş təməl hüquqları sırasındadır. Lakin Milli Məclis kimi ali qanunverici orqanın bu ölkədə önəmli məsələləri həll edə biləcək mütəxəssislərə, iqtisadçılara, hüquqşünaslara və başqa bu kimi peşəkarlara ehtiyacı var.

Yenicag.az olaraq, bu seçkilərdə heç kimin tanımadığı namizədlərlə bağlı araşdırmanı təqdim edirik. Araşdırmaya Suraxanı və Xətai rayonları ilə davam edirik.

31 saylı Suraxanı ikinci seçki dairəsində namizədliyini YAP-dan irəlim sürmüş “Bakubus” MMC-də depo müdiri vəzifəsində çalışan Quliyev Etibar Əliağa oğludur.
Bu seçki dairəsində namizədliyini özü tərəfindən irəli sürən və hazırda heç bir yerdə çalışmayan Tağıyev Şamil Ənvər oğlu, namizədliyini Müsavat partiyasından irəli sürən Bulud Ərzulla Əşrəf oğlu, namizədliyini BAP-dan irəli sürmüş Qasımov Vüqar Cavad oğlu da yer alıb.

32 saylı Suraxanı üçüncü seçki dairəsində deputatlığa namizədliyini YAP-dan irəli sürən VI çağırış Milli Məclisin deputatı Həsənova Afət Əbil qızıdır. Sözügedən seçki dairəsində də tanınmayan, işləməyən və pensiyaçı olan şəxslər var.

Belə ki, namizədliyini Müsavat partiyasından irəli sürmüş və hazırda heç bir müəssisədə çalışmayan Quliyev İlqar May oğlu, namizədliyini özü tərəfindən irəli sürən pensiyaçı Səlimov Cavad Səlim oğludur. Bu seçki dairəsində namizədliyini irəli sürənlər arasında jurnalist də yer alıb. O, Mediatv.az xəbər portalının baş redaktoru Quliyev Əfqan Bəhlul oğludur.

33 saylı Xətai birinci seçki dairəsində isə deputatlığa namizədliyini özü tərəfindən irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Oruc Zahid Məhərrəm oğludur. Bu seçki dairəsində namizədliyini YAP-dan irəli sürən namizəd Əliyev Yengibar Sərraf oğlu da yer alıb. Sözügedən seçki dairəsində də namizədliyini özü tərəfindən irəli sürən jurnalist var. Belə ki, bu namizəd hazırda müxbir kimi çalışan Abbasov Fuad Malik oğludur.

34 saylı Xətai ikinci seçki dairəsində deputatlığa namizədliyini YAP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Zabelin Mixail Yuryeviç oğludur. Bu seçki dairəsində hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində böyük laborant vəzifəsində çalışan namizədliyini özü tərəfindən irəli sürmüş Mirheydərli Türkay Mirafiq qızıdır. Sözügedən seçki dairəsində namizədliyini özü tərəfindən irəli sürən və hazırda işsiz olan Qasımzadə Nicat Ərrəhman oğlu da yer alıb.

35 saylı Xətai üçün seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş, hazırda Sağlamlığa Xidmət İB-də çalışan Vəliyeva Pərvanə Bulut qızıdır. Bu seçki dairəsində də işsiz və tanınmayan adlar yer alıb. Belə ki, namizədliyini özü tərəfindən irəli sürən Əliyev Bəybala Əşrəf oğlu, Savadlı Etibar Elmar oğludur.

36 saylı Xətai-Suraxanı seçki dairəsində deputatlığa namizədliyini ƏHD-dən irəli sürən VI çağırış Milli Məclisin deputatı Həsənquliyev Qüdrət Müzəffər oğludur. Bu seçki dairəsində namizədliyini YAP-dan irəli sürən Xətai bələdiyyəsində çalışan Hacıyeva Nərminə Aslan qızıdır.

Sözügedən seçki dairəsində orta məktəb müəlliməsi də var. Belə ki, o Kelexsayeva Oksana Vyaçeslavovna qızıdır.

Mövzunu davam etdirəcəyik.

COP29

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv