!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlardan gözlənilməz TƏNQİDİ “AKKORD”: “Əlillərlə bağlı kifayət qədər şikayət var” - Vahid Əhmədov

!Reklam – Yazi

“Biz də istəyirik ki, o qanun həm əlillərin xeyrinə olsun, həm də dövlət bundan heç bir ziyan görməsin”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin ötən həftə baş tutan plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputatların sərt tənqidi fikirlər səsləndirməsinə münasibət bildirən millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, deputatların təklif olunan dəyişikliklərə yönəlik tənqidləri təəccüb doğurmamalıdır:

“Bu müzakirələr həmin qanun təklif olunan dəyişikliklərlə əlaqədardır. Bununla bağlı çox sayda təkliflər vardı və biz də düşündük ki, bu, bir zərf formasında həyata keçirilsin. Çünki həmin qanun layihəsinin qəbulundan sonra hansı normativ sənədlərə ehtiyac olacağı və onların necə icra ediləcəyi məlum deyildi.

Ona görə də, qanun layihəsinin üzərində yenidən işlənməsini və bundan sonra müzakirəyə çıxarılmasını təklif etdik. Eyni zamanda, bizim o layihədəki müəyyən müddəlara iradımız var idi.

Müzakirələrin gedişində səslənən tənqidlərə gəldikdə, deputatlar öz fikirlərini bildirirlər, burada qeyri-adi heç nə yoxdur. Milli Məclisə gələn qanun layihələrinin hamısı qəbul edilməli deyil ki… Biz adətən, iradlarımızı, təkliflərimizi komitə iclaslarında bildiririk. Amma bu dəfə elə alındı ki, geniş müzakirə plenar iclasa salındı.

Bizim istədiyimiz odur ki, burada əhalinin maraqları nəzərə alınsın və əlillərlə bağlı problem olmasın. O baxımdan, komissiyanın yaradılması və layihənin yenidən işlənməsi qərara alındı. Sağ olsun, spiker Sahibə Qafarova da layihənin üzərində işləməyin lazım olduğunu dedi. İrəli sürülən bütün təkliflərə üçüncü oxunuşda baxılacaq.

Millət vəkili əhali ilə daha çox təmasda olur, vətəndaşların problemlərini bilir. Əlillərlə əlaqədar kifayət qədər şikayətlər var. Bu səbəbdən biz də istəyirik ki, o qanun həm əlillərin xeyrinə olsun, həm də dövlət bundan heç bir ziyan görməsin”.

A.Zeynalov

www.yenicag.az

763
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv