!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlardan sensasion – Çıxışlar

!Reklam – Yazi

yevda-fezailPrezident İlham Əliyevin iki gün əvvəl hökumətin iclasında səsləndirdiyi tənqidi fikirlər ölkə gündəmində əsas müzakirə mövzusuna çevrilib. Dövlət başçısının inhisarçılıq, qanunsuz yoxlama və lisenziyalaşdırma, sahibkarların incidilməsi ilə bağlı fikirləri artıq bütün instansiyalarda müzakirə olunmaqda, mütəxəssislər tərəfindən təhlil edilməkdədir.

Mövzu bu gün Milli Məclisdə də prioritet olub. Belə ki, yəhudi əsilli deputat Yevda Abramov çıxışında “Hamı elə bilirdi ki, prezidentin heç nədən xəbəri yoxdur. Prezidentin hər şeydən xəbəri varmış, bizim xəbərimiz yoxmuş. Sadəcə o bilir ki, sözü kimə və nə zaman demək lazımdır” fikirlərinin səsləndirib.

Deputat qeyd edib ki, üç gündür ki, büdcə müzakirə edilir: “Belə bir şəraitdə bizim dövlətdən bir şey istəməyə haqqımız yoxdur. Amma elə məsələlər var ki, onları deməliyik. Mən fikir verirəm ki, bu iki gündə bəzi nazirlər heç salam da almırlar. Amma biz sözümüzü kimə deməliyik? Biz canımızı partiya, prezident üçün verməyə hazırıq. Amma bu insanlar bizdən inciyirlər. Azərbaycanda yaşayış minumumu yaşamaq üçün imkan vermir. Danışmırıq, deyirlər ki laldırlar. Amma neynəmək olar ki, həyat belədir. Bu gün dünya hansı oyunlardan keçir , bunu hər bir depuat bilir. Burada söhbət bəzi insanların yerində olmamasından gedir. Kim bu gün cənab prezidentə yanında deyilsə, Azərbaycanın çörəyi, suyu ona haram olmalıdır. Bir sıra məsələlər var ki, burada müxalifətçilik, iqtidar olmamalıdır.

Bu yaxınlarda Dərbənddə Yaraq-Qazmalar stansiyasında oldum. Orada insanların necə incidildiyimi gördüm. Bir paçka siqareti, kolbasanı necə yerə bölüb tökürlər. Gömrükdən imkan vermirlər ki, insanlar Rusiyaya mallar apara bilsin. Gözümüzün qabağında kolbasanı yeddi yerə bölüb tökürlər.

Azərbaycanda qazlaşma ilə bağlı problem var. İndi təşviqat dövrüdür. Görüşlərə başlayırıq. Amma görüş keçirilən yerlər soyuqdur, qaz yoxdur. Mən həmişə demişəm ki, sayğac olan yerdə nə qış mövsümü, nə yay mövsümü. Ver qazını, al da pulunu. Dünyaya qaz satırıq, amma biz qazsızıq. Belə deyəndə deyirlər ki, YAP-çı keçib müxalifətə. Amma xalqımız gözəl xalqdır, dözür, anlayır. Azərbaycan həyatında çətin anlar çox olub. Buna da dözərik. Təki müstəqilliyimiz, kişiliyimiz əldən getməsin”.

Spiker deputata cavab olaraq bunları deyib.

“Özünüz çox gözəl bilirsiz sualların cavabını. Rusiyada da baş verən məlum devalvasiya hadisəsindən sonra rubl dəyərdən düşüb”.

***

Millət vəkili Fəzail Ağamalı həmkarı Yevda Abramovun çıxışına reaksiya verib.

“Azərbaycana idxal olunan məhsulların kimlərinsə razılığı olmadan keçirilə bilməməsini məgər bilmirik? Biz bunu yaxşı bilirik. Azərbaycan xalqı qabiliyyətli xalqdır. Onlara imkan verilsə, problemlərini özləri həll edə bilər. O zaman heç neftə də ehtiyac qalmaz. Biz prezidentimizlə bərabərik. Bizim sədaqətimizə şübhə yoxdur. Prezidentin müşavirədə səsləndirdiyi çağırışa səs verməliyik. Kim buna səs vermirsə, o xəyanətkardır, antiazərbaycan koalisiyasının tərkibində yer alır”-deyə cavab verib(Qafqazinfo).

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv