Dərbənd teatrı Bakıda qastrol səfərində

media-hightechnic-468x90

teatrDağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivi Azərbaycanda qastrol səfərindədir.

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində kollektiv noyabrın 6-da Rafiq Rəhimlinin “Sönmüş talelər” tamaşası ilə çıxış edəcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı isə Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Səhnə əsərində rolları əməkdar artistlər Mahir Məlikov, Əliyar Hüseynov, aktyorlar Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Rəhilə Ömərova, Səbuhi Ömərov, Hörmət Aslanov, Təhminə Ömərova, Səidə Əliyeva və başqaları ifa edəcəklər.

Teatrdan bildiriblər ki, Dərbənd teatrı noyabrın 20-dək Azərbaycanın bir sıra bölgələrində sözügedən tamaşa ilə çıxış edəcək.

(lent.az)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600